Əsas Səhifə > Maraq > Cüdo üzrə olimpiya və dördqat dünya çempionu xəstəxanaya yerləşdirilib

Cüdo üzrə olimpiya və dördqat dünya çempionu xəstəxanaya yerləşdirilib


2-11-2023, 13:13

Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita xəstəxanaya yerləşdirilib.

BrendSport.az
xəbər verir ki, funksioner yıxılaraq boyun fəqərələrini zədələyib.

O, bu səbəbdən əməliyyat olunacaq. Qeyri-müəyyən müddətə komitənin rəhbəri vəzifəsini vitse-prezident Yuko Mitsuya icra edəcək.

Qeyd edək ki, Yasuhiro Yamasita cüdo üzrə olimpiya və dördqat dünya çempionudur.
Geri qayıt