Əsas Səhifə > Maraq > Millinin baş məşqçisi: "Kişi və qadın badmintonçumuzun olimpiadada iştirak etmək şansları var"
Millinin baş məşqçisi: "Kişi və qadın badmintonçumuzun olimpiadada iştirak etmək şansları var"18-10-2023, 21:09 |
"Kişi və qadın idmançımızın olimpiadada iştirak etmək şansları var". BrendSport.az xəbər verir ki, badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi deyib. Mütəxəssis kişilərdə Edi Reski Dviçayo, qadınlarda isə Keişa Fatimə Zəhranın Parisdəki yarışa qatıla biləcəyini söyləyib: "Dünya Badminton Federasiyasında (BWF) olimpiada üçün son bir ilin nəticələri nəzərə alınır. Yəni, 2023-cü il mayın 1-dən, 2024-cü il aprelin 28-dək olan reytinq xalları hesablanır. Reytinqləri yüksək olanlar Yay Olimpiya Oyunlarında iştirakı təmin edəcəklər. Dviçayo hazırda dünya reytinqində 64-cü, Avropada 11-ci, olimpiya reytinqində isə 24-cü pillədə qərarlaşıb. Bu, çox gözəl nəticədir. Nəzərə almalıyıq ki, yarışlar aprelin 28-dək davam edəcək. O, çox potensiallı idmançıdır və daha əvvəl Azərbaycanı Tokioadakı Yay Olimpiya Oyunlarında fəxrlə təmsil edib. Onu da demək istəyirəm ki, turnirdə beş kateqoriyada 15 dəst medal uğrunda mübarizə aparırlar və 34 badmintonçu yarışda yer alır. Edi üç gün bundan əvvəl Niderlandın Hertogenboş şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində yarımfinala yüksəlməklə 2 800 reytinq xalına da sahib çıxıb". Geri qayıt |