Əsas Səhifə > Maraq > Azərbaycan Milli Antidopinq Agentliyində rəhbər dəyişikliyi olub
Azərbaycan Milli Antidopinq Agentliyində rəhbər dəyişikliyi olub17-10-2023, 20:16 |
"Azərbaycan Milli Antidopinq Agentliyi” (AMADA) publik hüquqi şəxsin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. BrendSport.az xəbər verir ki, iclasda Milli Məclisin deputatı Nigar Arpadarai şuranın sədri, hüquqşünas Samir Nuriyev isə sədr müavini seçiliblər. Həmçinin Agentliyin Nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib. Xatırladaq ki, cari il oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib. Geri qayıt |