Əsas Səhifə > Maraq > Messidən növbəti rekord

Messidən növbəti rekord


2-03-2018, 19:26


İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı matç (1:1) "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Xarici KİV-lərə istinadən yayılan xəbərə görə, komandasının yeganə qolunun müəllifi olan argentinalı oyunçu bununla da qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb. Beləliklə, o, özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, bu göstəricidə ikinci pillədə "Real"ın sabiq hücumçusu Raul Qonzales (33 stadion) qərarlaşıb.

Qol.az
Geri qayıt