Əsas Səhifə > Maraq > Ronaldu 2023-cü ilin sonunda Messidən ikiqat çox qazanmış olacaq

Ronaldu 2023-cü ilin sonunda Messidən ikiqat çox qazanmış olacaq


14-10-2023, 07:10



Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2023-cü ilin sonuna kimi 260 milyon dollar qazanacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

38 yaşlı forvard peşəkar futbolçular arasında gəlirinə görə birinci yerdədir. Müqavilə üzrə qazanc 200 milyon dollar təşkil edir, Ronaldu reklamlarda iştirak üçün daha 60 milyon dollar alır. Ondan sonra 135 milyon dollar gəlirlə argentinalı Lionel Messi gəlir. Üçüncü yeri yeni mövsümdən “Əl-Hilal”da çıxış edən və 112 milyon dollar qazanan braziliyalı Neymar tutub.

İlk 5-liyə PSJ-dən Kilian Mbappe və “Əl-İttihad”dan Kərim Benzema da düşüb.
Geri qayıt