Əsas Səhifə > Maraq > Avstriya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxacaq

Avstriya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxacaq


12-10-2023, 08:32


Avstriya yığmasının daha bir futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunları buraxacaq.

BrendSport.az
xəbər verir ki , bu dəfə mərkəz müdafiəçisi Qernot Trauner sıradan çıxıb.

Niderlandın “Feyenoord” klubunun üzvü dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib. Bununla baş məşqçi Ralf Ranqnikin xidmətindən məhrum olduğu oyunçuların sayı 6-ya yüksəlib. Traunerə qədər David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri dəqiqləşmişdi.

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.
Geri qayıt