Əsas Səhifə > Maraq > Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb

Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb


6-10-2023, 00:55

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə “Hekken” klubunun qonağı olub. “Ullevi” stadionunda oynanılan qarşılaşma Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun qələbə topunu 70-ci dəqiqədə Juninyo vurub. Yassin Benzianın ötürməsindən sonra rəqib müdafiəçidən məharətlə yayınan braziliyalı hücumçu dəqiq zərbə ilə qapıçını məyus edib.

Bu qrupun digər oyununda Almaniya “Bayer”i Norveçdə “Molde”yə 2:1 hesabı ilə qalib gəlib.

İlk iki turdan sonra qrupa 6 xalla Leverkuzen təmsilçisi başçılıq edir. Eyni xala malik “Qarabağ” ikinci sırada qərarlaşıb. Ağdamlılar liderdən yalnız topların nisbətinə görə geri qalır. “Molde” üçüncü, “Hekken” isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu oktyabrın 26-da Almaniyada “Bayer” klubuna qarşı keçirəcək.
Geri qayıt