Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”i məğlub edib
Çempionlar Liqası: “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”i məğlub edib4-10-2023, 07:00 |
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib. BrendSport.az xəbər verir ki, ilk gündə 4 qrupda 8 qarşılaşma baş tutub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”i məğlub edib. Günün mərkəzi matçında isə İspaniyanın “Real” klubu İtaliyada “Napoli”yə qalib gəlib. Çempionlar Liqası Qrup mərhələsi, II tur 3 oktyabr A qrupu “Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 2:3 “Kopenhagen” – “Bavariya” (Almaniya) 1:2 Xal durumu: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0. B qrupu “Lans” (Fransa) - “Arsenal” (İngiltərə) 2:1 PSV (Niderland) - “Sevilya” (İspaniya) 2:2 Xal durumu: “Lans” – 4, “Arsenal” - 3, “Sevilya” – 2, PSV - 1. C qrupu “Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) 2:3 “Napoli” (İtaliya) – “Real” (İspaniya) 2:3 Xal durumu: “Real” – 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” - 0 D qrupu “Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) 0:2 “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) 1:0 Xal durumu: “Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” - 0 Qeyd edək ki, E, F, G və H qruplarında II turun oyunları oktyabrın 4-də keçiriləcək. Geri qayıt |