Əsas Səhifə > Maraq > İOC Paris olimpiadasında idmançıların hicab taxması ilə bağlı məsələyə aydınlıq gətirib
İOC Paris olimpiadasında idmançıların hicab taxması ilə bağlı məsələyə aydınlıq gətirib2-10-2023, 15:00 |
Beynəlxalq Olimpiya Komitəsi (İOC) Paris olimpiadasında idmançıların hicab taxması ilə bağlı məsələyə münasibət bildirib. BrendSport.az xəbər verir ki, bu barədə İOC-un Atletlər Komissiyasının üzvü Astrid Yakobsen jurnalistlərə açıqlama verib. O, iştirakçıların olimpiya kəndində hicab və digər dini geyimləri məhdudiyyətsiz geyinə biləcəklərini söyləyib: "Onların yarışda istifadəsi beynəlxalq federasiyalar tərəfindən təmzimlənəcək və qurumların qaydaları tətbiq olunacaq". Yakobsan qeyd edib ki, İOC yarışlarda hicabdan istifadə ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün Fransanın hakimiyyət orqanları və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edəcək. Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında təşkil olunacaq. Geri qayıt |