Əsas Səhifə > Maraq > Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər

Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər


2-10-2023, 12:45


Səudiyyə Ərəbistanı klubları İspaniyanın "Barselona" klubunun və Polşa millisinin futbolçusu Robert Levandovskinin transferində israrlıdırlar.

BrendSport.az
xəbər verir ki, onlar yayda 35 yaşlı hücumçudan mənfi cavab alsalar da, növbəti təkliflər üzərində işləyirlər.

Kataloniya təmsilçisi də təcrübəli forvardı komandada saxlamaq niyyətindədir. Son ölkə çempionu bunun üçün oyunçuya yeni müqavilə də təklif edəcək.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayında Almaniya "Bavariya"sından "Barselona"ya keçib və komanda ilə ölkə çempionu olub.
Geri qayıt