Əsas Səhifə > Maraq > Messi “Real”ın futbolçusunun “İnter Mayami”yə keçməsini istəyir

Messi “Real”ın futbolçusunun “İnter Mayami”yə keçməsini istəyir


1-10-2023, 12:45


Lionel Messi İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriçin şərəfini qoruduğu ABŞ təmsilçisi “İnter Mayami”yə keçməsini istəyir.

BrendSport.az
xəbər verir ki, bu barədə “Kral klubu”nun sabiq hücumçusu Predraq Miyatoviç sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Xorvatiya millisinin kapitanı ilə artıq ilkin danışıq da aparılıb: “Modriç MLS komandalarından təkliflər alıb. Xüsusən də Messi onunla şəxsən maraqlanır. Luka hətta Devid Bekhemlə də görüşüb və birlikdə nahar ediblər. Onun Səudiyyə Ərəbistanından təklifi var idi, lakin hələlik Madriddə qalmaq istəyir.

Qeyd edək ki, Luka Modriç bu mövsüm İspaniya La Liqasında 6 oyun keçirib.
Geri qayıt