Əsas Səhifə > Maraq > Rusiya klubu 16 ildən sonra antirekordunu təkrarlayıb

Rusiya klubu 16 ildən sonra antirekordunu təkrarlayıb


30-09-2023, 15:00


Rusiyanın "Zenit" klubu 16 ildən sonra antirekordunu təkrarlayıb.

BrendSport.az
xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Premyer Liqanın X turunda "Orenburq"a 1:3 hesabı ilə uduzduqları oyunda bunu reallaşdırıb.

Komanda 2007-ci ildən sonra çempionatda qarşılaşmanın ilk hissəsində qapısında üç qol görüb. 16 il əvvəl Moskva "Spartak"ı fasiləyədək "Zenit"i üç dəfə məyus etməyi bacarmışdı.

Ölkə çempionu həmin vaxtdan bəri 472 görüş keçirib.
Geri qayıt