Əsas Səhifə > Maraq > "Real Madrid"in futbolçusu Azərbaycan millisi ilə matçda oynaya biləcək
"Real Madrid"in futbolçusu Azərbaycan millisi ilə matçda oynaya biləcək30-09-2023, 09:30 |
Avstriya yığmasının və İspaniyanın "Real Madrid" klubunun zədəli futbolçusu David Alabanın durumuna aydınlıq gəlib. BrendSport.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançeloti 31 yaşlı müdafiəçinin durumunun ciddi olmadığını açıqlayıb. Mütəxəssis Alabanın bu gün "Jirona" ilə oyunu buraxacağını söyləsə də, onun növbəti həftə Çempionlar Liqasında "Napoli" ilə görüşdə meydana çıxmaq ehtimalının olduğunu vurğulayıb. Beləliklə, Avtriya millisinin kapitanı Belçika və Azərbaycan yığmalarına qarşı AVRO-2024-ün seçmə matçlarında oynaya biləcək. Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya qarşılaşması saat 20:00-da başlayacaq. David Alaba La Liqanın VII turunda "Las Palmas"la görüşdə zədələnib. Geri qayıt |