Əsas Səhifə > Maraq > İngiltərə Liqa Kuboku: “Liverpul” çempionşipin liderindən üstün olub

İngiltərə Liqa Kuboku: “Liverpul” çempionşipin liderindən üstün olub


28-09-2023, 07:00


İngiltərə Liqa Kubokunun 3-cü raundunda “Liverpul” öz meydanında ölkənin səviyyəcə ikinci liqası olan Çempionşipin lideri “Lester”i qəbul edib.

BrendSport.az
xəbər verir ki, Liverpulun “Enflid” stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb: 3-cü dəqiqədə “tülkülər”in hücumameyilli yarımmüdafiəçisi Keysi Makatir türkiyəli Yunus Akgünün dəqiq ötürməsindən sonra topu qapıya göndərib. Birinci hissə Çempionşip təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsi isə “qırmızılar”ın böyük təzyiqi ilə keçib, qonaq komanda, demək olar, kəskin hücumlarla yadda qalmayıb. Belə ki, 48-ci dəqiqədə niderlandlı Kodi Qakpo hesabı bərabərləşdirib. Ona məhsuldar ötürməni “Bavariya”nın sabiq dayaq yarımmüdafiəçisi Rayan Qravenberx edib. 22 dəqiqə sonra Mersisayd təmsilçisi hesabda irəli çıxıb: Dominik Soboslai uzaqdan zərbə ilə topu doqquzluğa göndərib. 89-cu dəqiqədə tablodakı rəqəmlər növbəti dəfə “Liverpul”un xeyrinə dəyişib. Belə ki, Dioqo Jota 20 yaşlı Carell Kuansanın ötürməsindən sonra daban zərbəsi ilə özünəməxsus qola imza atıb və yekun hesabı müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, bu qələbə ilə “Liverpul” turnirdə növbəti raunda vəsiqə qazanıb. “Mavilər” isə kubokdakı mübarizəni dayandırıb.
Geri qayıt