Əsas Səhifə > Maraq > İtaliyalı məşhur mütəxəssis "Marsel"in baş məşqçisi olub

İtaliyalı məşhur mütəxəssis "Marsel"in baş məşqçisi olub


27-09-2023, 11:05


Fransanın "Marsel" klubunun yeni baş məşqçisi bəlli olub.

BrendSport.az
xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, Liqa 1 təmsilçisi italiyalı Cennaro Qattuzoya tapşırılıb. Tezliklə 45 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq. O, bu postda Marselinyonu əvəzləyəcək.

Qeyd edək ki, Cennaro Qattuzo son olaraq İspaniyada "Valensiya"ya rəhbərlik edib.
Geri qayıt