Əsas Səhifə > Maraq > Mahir Emreli Xorvatiya çempionatında turun oyunçusu adına namizəd göstərilib

Mahir Emreli Xorvatiya çempionatında turun oyunçusu adına namizəd göstərilib


26-09-2023, 10:23

Xorvatiya çempionatında IX turun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

BrendSport.az
xəbər verir ki, beş nəfərlik siyahıda Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli də var.

Ötən tur "Rudes"lə matçda (5:1) fərqlənən 26 yaşlı forvard komandasının ikinci qolunun müəllifi olub.

Turun oyunçusu azarkeşlərin səsverməsi əsasında müəyyənləşəcək. Siyahıda M. Emreli ilə yanaşı, Yosip Drmiç, Qabriel Vidoviç (hər ikisi “Dinamo“), Emir Sahiti (“Hayduk”) və Niko Qalesiç (“Riyeka”) də yer alıb.

Qeyd edək ki, “Dinamo” komandası hazırda 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Geri qayıt