Əsas Səhifə > Maraq > “Nyukasl” “Şeffild”ə 8 cavabsız qol vurub və Premyer Liqada ilkə imza atıb

“Nyukasl” “Şeffild”ə 8 cavabsız qol vurub və Premyer Liqada ilkə imza atıb


25-09-2023, 08:00


İngiltərə Premyer Liqası (İPL) 6-cı turunun matçında “Nyukasl” səfərdə “Şeffild”i 0:8 hesabı ilə məğlub edib.

BrendSport.az
xəbər verir ki, “Nyukasl”ın heyətində Şon Lonqstaff, Den Bern, Sven Botman, Kallum Uilson, Entoni Qordon, Migel Almiron, Bruno Gimaraynş, Aleksander İsak dəqiq zərbələr endirib.

“Nyukasl” cari mövsümün ən böyükhesablı qələbəsini qazanan, eyni zamanda 2022/23 mövsümünün rəqibinə səkkiz qol vuran ilk komandası olub. Bundan əlavə, səkkiz qolun hamısı fərqli oyunçular tərəfindən vurulub. Beləliklə, “Nyukasl” Premyer Liqa tarixində bir matçda səkkiz oyunçunun qol vurduğu ilk klub olub.

“Nyukasl” 9 xalla İngiltərə çempionatının turnir cədvəlində səkkizinci yerdədir. “Şeffild” 1 xalla 20-ci qərarlaşıb. Çempionatın lideri “Mançester Siti”dir (18), ikinci yerdə “Liverpul” (16), “Brayton” isə ilk üçlüyü (15) qapayır.
Geri qayıt