Əsas Səhifə > Maraq > Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib, 2 dəqiqə sonra qol buraxıb
Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib, 2 dəqiqə sonra qol buraxıb24-09-2023, 23:29 |
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Demirspor" klubunda debüt edib. BrendSport.az xəbər verir ki, 29 yaşlı qolkiper səfərdə "Kasımpaşa"ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb. 19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar. Qeyd edək ki, qarşılaşma "Kasımpaşa"nın qələbəsi ilə bitib - 2:1. Geri qayıt |