Əsas Səhifə > Maraq > UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib
UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib22-09-2023, 19:20 |
Qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında keçirdiyi ilk oyunda Kipr ilə heç-heçə edib. BrendSport.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Moldovadan olan hakimlər briqadasının idarə etdiyi görüşün 46-cı dəqiqəsində hesabı Sevinc Cəfərzadə açıb. Qonaqların bərabərlik qolunu isə 66-cı dəqiqədə Elena Aristodimou vurub. Qeyd edək ki, milli komandamız ikinci oyununu sentyabrın 26-da Podqoritsa şəhərində Monteneqroya qarşı keçirəcək. Geri qayıt |