Əsas Səhifə > Maraq > Azərbaycanın yunan-Roma güləşçilərinin dünya çempionatındakı rəqibləri bəlli olub
Azərbaycanın yunan-Roma güləşçilərinin dünya çempionatındakı rəqibləri bəlli olub20-09-2023, 18:10 |
Azərbaycanın yunan-Roma güləşçilərinin Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında rəqibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, bu gün püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri bəlli olub. 55 kq 1/8 final Eldəniz Əzizli – Tayqa Onişi (Yaponiya) 60 kq 1/16 final Nihat Məmmədli – Kevin De Armas (Kuba) 63 kq 1/8 final Murad Məmmədov – Xavyer Conson (ABŞ)/Vikram Kurade (UWW) 67 kq 1/16 final Həsrət Cəfərov – Edson Qutyer (Meksika) 72 kq 1/8 final Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç) 77 kq Təsnifat mərhələsi Sənan Süleymanov – Conni Sarkkinen (Finlandiya) 82 kq 1/8 final Rafiq Hüseynov – Erik Şilvassi (Macarıstan)/Bojo Starçeviç (Xorvatiya) 87 kq Təsnifat mərhələsi İslam Abbasov – Viorel Burduya (Moldova) 97 kq 1/16 final Arif Niftullayev – Mindauqas Venkaytis (Litva) 130 kq Təsnifat mərhələsi Beka Kandelaki – Yakobi Kajaya (Gürcüstan) Qeyd edək ki, sabah 55, 77, 82 və 130 kq-da yer alan güləşçilər mübarizə aparacaq. Geri qayıt |