Əsas Səhifə > Maraq > Levandovski "Barselona" forması ilə Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu olub

Levandovski "Barselona" forması ilə Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu olub


20-09-2023, 10:25


Polşalı futbolçu Robert Levandovski İspaniyanın "Barselona" klubunun tarixinə düşüb.

BrendSport.az
xəbər verir ki, 35 yaşlı hücumçu buna Belçika “Antverpen”inə 5:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunun oyununda nail olub.

Görüşdə ikinci qola imza atan forvard Kataloniya təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində fərqlənən ən yaşlı oyunçu adına sahib çıxıb.

Bunu 35 yaş 29 günündə bacaran Levandovski 2021-ci ildə Ukrayna "Dinamo"su ilə qarşılaşmada fərqlənən Jerar Pikeni (34 yaş, 260 gün) geridə qoyub.

Bundan əlavə, polşalı oyunçu avrokuboklarda 100-cü qolunu (Çempionlar Liqasında 92, UEFA Kubokunda 8) vurub. O, Kriştianu Ronaldu (145) və Lionel Messidən (132) sonra üçüncü pillədə qərarlaşıb.
Geri qayıt