Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qalatasaray” bu gün qrupda ilk oyununu keçirəcək

Çempionlar Liqası: “Qalatasaray” bu gün qrupda ilk oyununu keçirəcək


20-09-2023, 09:15


UEFA Çempionlar Liqasında I turun oyunları davam edir.

BrendSport.az
xəbər verir ki, bu gün daha 4 qrupda ilk matçlar keçiriləcək.

A qrupunda yer alan Türkiyə çempionu “Qalatasaray” doğma meydanda Danimarka “Kopenhagen”ini sınağa çəkəcək. Günün mərkəz qarşılaşması da bu qrupda baş tutacaq. Almaniya təmsilçisi “Bavariya” İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edəcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
20 sentyabr

A qrupu

20:45. “Qalatasaray” (Türkiyə) – “Kopenhagen” (Danimarka)
23:00. “Bavariya” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə)

B qrupu
23:00. “Arsenal” (İngiltərə) – PSV (Niderland)
23:00. “Sevilya” (İspaniya) – “Lans” (Fransa)

C qrupu
20:45. “Real” (İspaniya) – “Union” (Berlin, Almaniya)
23:00. “Braqa” (Portuqaliya) – “Napoli” (İtaliya)

D qrupu
23:00. “Benfika” (Portuqaliya) – “Zaltsburq” (Avstriya)
23:00. “Real Sosyedad” (İspaniya) – “İnter” (İtaliya)
Geri qayıt