Əsas Səhifə > Maraq > Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksələrək olimpiadaya lisenziya əldə edib

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksələrək olimpiadaya lisenziya əldə edib


18-09-2023, 19:15


Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Gürcüstan təmsilçisi Givi Maçaraşvili ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov həm finala yüksəlib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

65 kq-da yarışan Hacı Əliyev isə mübarizəni dayandırıb. 57 kq-da Alyona Kolesnik sabah təsəlliverici qarşılamada qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
Geri qayıt