Əsas Səhifə > Maraq > UEFA: “Rusiya klubları müharibə bitənədək Avropa yarışlarına qaytarılmayacaq”
UEFA: “Rusiya klubları müharibə bitənədək Avropa yarışlarına qaytarılmayacaq”18-09-2023, 08:00 |
UEFA prezidenti Aleksander Çeferin etiraf edib ki, Rusiya milli komandaları və klubları Ukraynada müharibə bitənə qədər Avropa yarışlarına qaytarılmayacaq. BrendSport.az xəbər verir ki, bu barədə "Sportklub" məlumat yayıb. "Rusiya nə vaxta qədər Avropa rəqabətindən kənarda qalacaq? Ukraynada müharibə bitənə qədər", - Çeferin bildirib. 2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Geri qayıt |