Əsas Səhifə > Maraq > Efiopiyalı yüngül atlet yeni dünya rekordu qırıb

Efiopiyalı yüngül atlet yeni dünya rekordu qırıb


18-09-2023, 07:00


Efiopiyalı yüngül atlet Qudaf Tseqay Brilyant Liqasının finalında 5 000 metr məsafəyə qaçışda yeni dünya rekordu qırıb.

BrendSport.az
xəbər verir ki, yarış Yucine şəhərində (Oreqon ştatı, ABŞ) keçirilib.

O, məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək Brilyant Liqasının qalibi olub. Bundan əvvəlki dünya rekordu da keniyalı Feyt Kipyeqona məxsusdur. O, Monakoda Almaz Liqasında 1 mil (1,609 m) məsafədə dünya rekordu qırıb. İdmançı məsafəni 4 dəqiqə 7,64 saniyəyə qət edib.

Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə 4 dəqiqə 12,33 saniyə nəticə göstərən niderlandlı Sifan Həsənə məxsus olub.

Tseqayın 26 yaşı var. O, 5 000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il idmançı 10 000 metr, keçən il 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub. Efiopiyalı 1 500 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2019) mükafatçısıdır.
Geri qayıt