Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçuları açıq Avropa turnirini 3 medalla başa vurublar
Azərbaycan cüdoçuları açıq Avropa turnirini 3 medalla başa vurublar17-09-2023, 19:30 |
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ikinci günündə bir medal qazanıblar. BrendSport.az xəbər verir ki, millinin 7 üzvü yarışa qoşulsa da, onlardan yalnız Ruslan Nəsirli fəxri kürsüyə çıxa bilib. O, 100 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Bununla da Azərbaycan millisi açıq Avropa turnirini 3 medalla tamamlayıblar. Qeyd edək ki, cüdoçularımız yarışın ilk günündə 1 qızıl, 1 gümüş medal əldə ediblər. Nəriman Mirzəyev (73 kq) çempion olubsa, İslam Rəhimov (66 kq) ikinci yeri tutub. Geri qayıt |