Əsas Səhifə > Maraq > “Molde”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
“Molde”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər17-09-2023, 11:45 |
Norveçin “Molde” klubunun 3 futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunu buraxa bilər. BrendSport.az xəbər verir ki, bunlar müdafiəçi Martin Linnes, yarımmüdafiəçilər Erlinq Knudtzon və Martin Ellinqsendir. Knudtzon UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə keçirilən oyunda başından xəsarət alıb və həmin vaxtdan yaşıl meydanlardan uzaqdır. Linnes həmin qarşılaşmadan əvvəl topuğunun iki bağından zədə alıb. Ellinqsenin isə topuğunda ağrılar var. Onlardan sonuncunun “Qarabağ”la görüşdə iştirak etmək şansı nisbətən yüksək qiymətləndirilir. Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq. Geri qayıt |