Əsas Səhifə > Maraq > "Formula 1": Karlos Sayns Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib

"Formula 1": Karlos Sayns Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib


16-09-2023, 19:30


"Formula 1" üzrə Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.

BrendSport.az
xəbər verir ki, "Ferrari" komandasından Karlos Sayns birinci olub.

"Mercedes"dən Corc Rassell ikinci, Saynsın komanda yoldaşı Şarl Lekler üçüncü yeri tutub.

Qeyd edək ki, Sinqapur Qran-prisində əsas yarış sentyabrın 17-də olacaq.
Geri qayıt