Əsas Səhifə > Maraq > Ramil Şeydayev iki məhsuldar ötürmə verib, komandası qələbə qazanıb

Ramil Şeydayev iki məhsuldar ötürmə verib, komandası qələbə qazanıb


15-09-2023, 18:00


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda məhsuldar ötürmələr verib.

BrendSport.az
xəbər verir ki, 27 yaşlı hücumçu "Trat"a qarşı keçirdikləri çempionatın IV turun oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.

Matça start heyətində başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Geri qayıt