Əsas Səhifə > Maraq > Gədəbəydə cüdo zalı istifadəyə verilib

Gədəbəydə cüdo zalı istifadəyə verilib


15-09-2023, 13:20


Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə Gədəbəy İdman Klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.

BrendSport.az
xəbər verir ki, Gədəbəy rayon mərkəzi parkın yaxınlığında yerləşən zalda yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

Yeni müasir avadanlıqlarla təchiz edilən cüdo zalının ümumi sahəsi 170 m2 təşkil edir və burada idmançılar üçün bütün zəruri şərait təmin edilib. Məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Geri qayıt