Əsas Səhifə > Maraq > "Qarabağ"ın rəqibi terror ehtimalına görə təhlükəsizlik tədbirlərini gücləndirir
"Qarabağ"ın rəqibi terror ehtimalına görə təhlükəsizlik tədbirlərini gücləndirir15-09-2023, 12:30 |
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İsveçin "Hakken" klubu ev oyunlarını keçirdiyi "Bravida Arena"da təhlükəsizlik tədbirlərini gücləndirir. BrendSport.az xəbər verir ki, klub ölkədə terror ehtimalı artığı üçün bu addımı atdıqlarını bəyan edib. İsveç çempionu müəyyən dəyişikliklər etdiyini azarkeşlərin diqqətinə çatdırıb və yoxlama tədbirlərini gücləndirəcəklərini vurğulayıb. Stadionun qapıları qarşılaşmaların startından 75 dəqiqə əvvəl (qadınların görüşündə 60 dəqiqə) açılacaq. İdman obyektinə maksimum 40x40x20 sm ölçüdə çantaların gətirilməsinə icazə veriləcək. Həmçinin xidmət və təhlükəsizliyi təmin etmək məqsədilə arenaya daha çox işçi cəlb olunacaq. Qeyd edək ki, "Qarabağ" bu rəqiblə ilk matçını II tur çərçivəsində oktyabrın 5-də səfərdə keçirəcək. Sonuncu - VI turun qarşılaşması isə dekabrın 14-də Bakıda reallaşacaq. Geri qayıt |