Əsas Səhifə > Maraq > PSJ-nin futbolçusu Qətərin klubuna keçib

PSJ-nin futbolçusu Qətərin klubuna keçib


14-09-2023, 08:00


PSJ-nin futbolçusu Marko Veratti karyerasını "Əl-Ərəbi"də davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, bu barədə Qətər futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, otuz yaşlı italiyalı yarımmüdafiəçi 45 milyon avroya alınıb.

Qeyd edək ki, Verratti 2012-ci ilin iyulundan PSJ-də oynayıb, doqquz dəfə Fransa çempionu və altı dəfə ölkə kubokunun qalibi olub. İtaliya millisinin tərkibində o, 2021-ci ildə Avropa çempionu olub.
Geri qayıt