Əsas Səhifə > Maraq > Roma Papası "Chapecoense"ni qəbul edib

Roma Papası "Chapecoense"ni qəbul edib


30-08-2017, 16:34


Roma Papası Fransisk "Chapecoense" klubunun futbolçularını qəbul edib. Goal.az xəbər verir ki, bu görüşdə ötən ilki aviqəzada həlak olan futbolçuların ailələri də iştirak edib. Papa komanda üzvləri ilə görüşüb və dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib. "Chapecoense" isə ona klubun yaşıl və ağ rənglərini əks etdirən futbol topu hədiyyə edib.

Braziliya klubu 2016-cı il 28 noyabrda Medelyin şəhəri yaxınlığında baş verən təyyarə qəzasında heyətin əksə üzvlərini itirmişdi. Təyyarədə olan 77 sərnişindən yalnız 6 nəfər xilas ola bilmişdi
Geri qayıt