Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak edəcək

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak edəcək


10-09-2023, 12:10


Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, 10 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının komanda yarışları start götürür.

Komanda yarışlarında 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur.

Azərbaycan cüdoçularının ilk rəqibləri Rumıniya yığması olacaq.

-60 kq. çəkidə -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq. çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq. çəkidə Kənan Nəsibov, qızlarda isə -57 kq. çəkidə Aydan Vəliyeva, -70 kq. çəkidə Fidan Əlizadə, +70 kq. çəkidə Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.
Geri qayıt