Əsas Səhifə > Maraq > "Tata Steel Chess": Teymur Rəcəbov blitsdə sonuncu olub
"Tata Steel Chess": Teymur Rəcəbov blitsdə sonuncu olub9-09-2023, 18:15 |
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub. BrendSport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 3-də heç-heçə edib, 4-də isə uduzub. Beləliklə, Rəcəbov ikinci günü 3,5 xalla başa vurub. Bir gün öncə 2 xal toplayan milli üzvü blits turniri 5,5 xalla sonuncu - 10-cu pillədə bitirib. Qeyd edək ki, Teymur Rəcəbov daha öncə rapid üzrə mübarizədə 5,5 xalla ikinci olmuşdu. Yarışda həmyerlimizlə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparıb. Geri qayıt |