Əsas Səhifə > Maraq > Belçikalı futbolçu: “Azərbaycanla matçda oynamaq istəyirəm”

Belçikalı futbolçu: “Azərbaycanla matçda oynamaq istəyirəm”


7-09-2023, 15:35


“Azərbaycanla matçda oynamaq istəyirəm”.

BrendSport.az
xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Zeno Debast AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək səfər görüşü barədə danışarkən deyib.

20 yaşlı mərkəz müdafiəçisi sentyabrın 9-da baş tutacaq qarşılaşmaya özünü hazır sayır: “Milli mənim üçün yaxşı imkandır. Yan Vertongenlə eyni klubda yer aldığım üçün ondan çox şey öyrənirəm. Onunla “Anderlext”də tandem təşkil edirəm. Amma sırf bu səbəbdən mənə üstünlük veriləcəyini düşünmürəm. Qarşıdakı görüşdə meydanda olmaq istəyirəm”.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.
Geri qayıt