Əsas Səhifə > Maraq > UEFA Avropa Liqası: "Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə ikinci olub
UEFA Avropa Liqası: "Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə ikinci olub2-09-2023, 09:15 |
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. BrendSport.az xəbər verir ki, "Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub. Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib. Qeyd edək ki, səfərdə "Olimpiya"nı iki cavabsız qolla üstələyən "Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq. Geri qayıt |