Əsas Səhifə > Maraq > Almaniya klubu futbolçusunu rekord məbləğə PSJ-yə satıb

Almaniya klubu futbolçusunu rekord məbləğə PSJ-yə satıb


2-09-2023, 11:00


Fransa millisinin futbolçusu Randal Kolo Muani PSJ-yə keçib.

BrendSport.az
xəbər verir ki, 25 yaşlı hücumçu Almaniya "Ayntraxt"ından transfer olunub.

Frankfurt təmsilçisi bu keçiddən 95 milyon avro qazanıb. Bu isə klub tarixində rekorddur. Daha əvvəl Luka Yoviç 63 milyon avroya İspaniya "Real"ına transfer olunmuşdu.

Qeyd edək ki, Randal Kolo Muani ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 23 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt