Əsas Səhifə > Maraq > Dünya Qadın Seriyası: "Neftçi" Fransada ikinci yeri tutub

Dünya Qadın Seriyası: "Neftçi" Fransada ikinci yeri tutub


2-09-2023, 10:15


"Neftçi" Fransada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində ikinci yeri tutub.

BrendSport.az
xəbər verir ki, "ağ-qaralar" finalda Niderland millisinə 16:21 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi qrup mərhələsində Misir (21:12) və Niderland (19:12), 1/4 finalda Monqolustan (22:16), yarımfinalda isə Fransa (19:14) yığmalarını üstələyib.
Geri qayıt