Əsas Səhifə > Maraq > “Bayer 04”ün baş direktoru: “Hədəfimiz qrupda birinci yeri tutmaqdır”

“Bayer 04”ün baş direktoru: “Hədəfimiz qrupda birinci yeri tutmaqdır”


1-09-2023, 16:40


“Hədəfimiz qrupda birinci yeri tutmaqdır”.

BrendSport.az
xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun baş direktoru Fernando Karro UEFA Avropa Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

Fransanın Monako şəhərində təşkil edilən püşkü canlı izləyən funksioner ötən mövsüm bu turnirdə yarımfinala qədər irəlilədiklərini xatırladıb: “Ötən mövsümdəki yarımfinalın eyforiyası bizi daha çoxunu istəməyə vadar edir. Yenidən turnirdə irəliləməliyik”.

Qeyd edək ki, “Bayer 04”ün H qrupundakı rəqibləri Azərbaycan çempionu “Qarabağ”, həmçinin “Hakken” (İsveç) və “Molde” (Norveç) klublarıdı.
Geri qayıt