Əsas Səhifə > Maraq > Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb1-09-2023, 15:40 |
UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib. 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan çempionu “Qarabağ” H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Haken”ə (İsveç) rəqib olub. Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 21-də start veriləcək. A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya). B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan). C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr). D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa). E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa). F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan). G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə). H qrupu: “Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç). Geri qayıt |