Əsas Səhifə > Maraq > Səudiyyə Ərəbistanı klubu Salahın transferi üçün "Liverpul"la anlaşıb

Səudiyyə Ərəbistanı klubu Salahın transferi üçün "Liverpul"la anlaşıb


1-09-2023, 09:30


İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

BrendSport.az
xəbər verir ki, Mersisayd təmsilçisi 31 yaşlı hücumçunun keçidi üçün "Əl-İttihad"la razılaşıb.

Misirli oyunçunun bu gün şəxsi təyyarə ilə sözügedən ölkəyə gedəcəyi gözlənilir.

"Əl-İttihad"ın Salaha 76 milyon avro maaşla üçillik müqavilə təklif etdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən hücumçunun sözləşməsinin müddəti 2025-ci ildə başa çatmalı idi.
Geri qayıt