Əsas Səhifə > Maraq > "Qarabağ"ın rəqibi daha bir futbolçu transfer edib

"Qarabağ"ın rəqibi daha bir futbolçu transfer edib


31-08-2023, 18:30


"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu növbəti futbolçu transferini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, ölkə çempionu yerli "Alyuminiy"dən Marko Bresti heyətinə qatıb.

Onun müqaviləsinin müddəti 2026-cı ilədək nəzərdə tutulub. "Olimpiya" ötən gün Redi Kasanı transfer edib.

Qeyd edək ki, "Qarabağ" səfərdə gerçəkləşən ilk matçda rəqibini iki cavabsız qolla üstələyib. Cavab görüşü bu gün saat 20:00-da başlayacaq.
Geri qayıt