Əsas Səhifə > Maraq > Hacı Əliyev: "Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şeyi edirəm"
Hacı Əliyev: "Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şeyi edirəm"31-08-2023, 11:00 |
"Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şeyi edirəm". BrendSport.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev şəxsi instaqram hesabında yazıb. 32 yaşlı pəhləvan 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda əldə etdiyi gümüş medalla fotosunu paylaşıb. "Əlimdə tutduğum medal ikinci dəfə qazandığım olimpiya mükafatıdır. Bunu qızıl etmək və üçüncü dəfə olimpiya medalına yiyələnmək üçün vaxta az qalır. Buna sahib olmaq üçün əlimdən gələn hər şeyi edirəm. Allah bizə güc və qələbə nəsib etsin". Qeyd edək ki, 3 qat dünya və 3 qat Avropa çempionu olan Hacı Əliyev 2016-cı ildə keçirilən olimpiadada bürünc medal əldə etmişdi. Geri qayıt |