Əsas Səhifə > Maraq > Azərbaycan taekvondoçusu Yekaterinburqda bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Yekaterinburqda bürünc medal qazanıb


30-08-2023, 19:00


Azərbaycan taekvondoçusu Adil Eyvazov Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Vladimir Mısova 0:2 hesabı ilə uduzaraq üçüncü yeri tutub.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib.
Geri qayıt