Əsas Səhifə > Maraq > Futzal üzrə Birinci Liqanın 2023/2024 mövsümündə 12 komanda iştirak edəcək

Futzal üzrə Birinci Liqanın 2023/2024 mövsümündə 12 komanda iştirak edəcək


30-08-2023, 17:00


Futzal üzrə Birinci Liqanın 2023/2024 mövsümündə iştirak edəcək komandaların adları və sayı müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, turnirdə 12 komanda qalib adı uğrunda yarışacaq.

Bunlar “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa” və “Bakı”dır.

Çempionat iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Mövsümə oktyabrda start veriləcək.
Geri qayıt