Əsas Səhifə > Maraq > Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək


29-08-2023, 10:10


Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

BrendSport.az
xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, B qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq.

Bolqarıstanın ev sahibliyi edəcəyi qrupda mübarizə bu gün başlayacaq. Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları B qrupda yer alıblar.
Geri qayıt