Əsas Səhifə > Maraq > Lionel Messi cəzalandırıla bilər

Lionel Messi cəzalandırıla bilər


28-08-2023, 10:30


ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi cəzalandırıla bilər.

BrendSport.az
xəbər verir ki, buna səbəb argentinalı hücumçunun MLS müntəzəm çempionatında “Nyu York Red Bulls”a qarşı keçirilən oyundan sonra jurnalistlərə müsahibə verməməsidir.

Komandasının 2:0 hesablı qələbə qazandığı görüşdə son nöqtəni qoyan 36 yaşlı forvard media nümayəndələri ilə ünsiyyətdən imtina edib. Liqa qaydalarına görə, qarşılaşmalardan sonra futbolçular jurnalistlərin müsahibə istəyini geri çevirməməlidirlər.

Qeyd edək ki, Lionel Messi “İnter Mayami”nin heyətində keçirdiyi 9 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
Geri qayıt