Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazana bilməyib
Çempionlar Liqası: “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazana bilməyib26-08-2023, 20:00 |
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazana bilməyib. BrendSport.az xəbər verir ki, Vitali Borisovun yetirmələri ilkin raundda yer aldıqları qrupdan çıxa bilməyiblər. A qrupunda qərarlaşan Azərbaycan çempionu son turda Latviya təmsilçisi “Riqa” ilə qarşılaşıb. Hər iki klub ilk iki turu itkisiz başa vurduğundan, qalib komanda birinci yeri tutacaqdı. Latviyada reallaşan qarşılaşmada meydan sahibləri 8:3 hesablı qələbə qazanaraq, maksimum nəticə toplayıb və əsas mərhələyə yüksəliblər. Qrupu 6 xalla ikinci sırada tamamlayan “Araz-Naxçıvan” isə növbəti mərhələyə adlaya bilməyib. UEFA Çempionlar Liqası İlkin seçmə mərhələ A qrupu, III tur 26 avqust 18:00. “Riqa” (Latviya) - “Araz-Naxçıvan” (Azərbaycan) – 8:3 Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57, İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05. Lukas, 33:51 Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr) Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna) UEFA nümayəndəsi: Massimo Nanni (San Marino) Salaspils İdman Arenası Geri qayıt |