Əsas Səhifə > Maraq > Azərbaycanın FİFA hakimləri UEFA-nın seminarında iştirak edəcəklər

Azərbaycanın FİFA hakimləri UEFA-nın seminarında iştirak edəcəklər


25-08-2023, 12:45


Azərbaycanın FİFA dərəcəli hakimləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-nın seminarında iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, E.Məsiyev 29-31 avqust tarixlərində qitə futbol qurumunun baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqrama qatılacaq.

Ə.Ağayev isə sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/2024 yay kursunda iştirak edəcək. Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilən referilər dəvət olunublar.

Toplantının əsas məqsədləri ötən mövsümdə keçirilən oyunların təcrübəsini öyrənmək, yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq və iştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaqdır.
Geri qayıt